• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qırğızıstan mətbuatı Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşləri haqqında geniş materiallar hazırlamışdır

Qırğızıstan mətbuatı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü və Prezident Sooronbay Jeenbekovun üzv dövlətlərin başçıları ilə görüşləri haqqında geniş materiallar hazırlamışdır.

Qırğızıstanın televiziya kanalları, dövlət qəzetləri, khabar.kg, akipress.org, goldenbridgenews.com və digər informasiya portalları bu görüşlə bağlı qırğız və rus dillərində müxtəlif materiallar və şərhlər təqdim etmişdir.

Yerli KİV Prezident Sooronbay Jeenbekovun azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə də ətraflı şəkildə məlumat vermişdir.