• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanın UzA milli informasiya agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yaymışdır.

Özbəkistanın UzA milli informasiya agentliyi ulu öndər Heydər Əliyev haqqında “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yaymışdır.

Müəllif Şərafəddin Tulaqanov məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir.

Məqalədə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından, çətin vəziyyətdə ölkəni böhrandan çıxarmasından bəhs olunur. Həmçinin Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dirçəldilməsi və inkişafı, neft strategiyasının reallaşması, ölkənin dünyada tanıdılması, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması haqqında söhbət açılır. Azərbaycanda ulu öndərin adını daşıyan müxtəlif tikililərin olduğu da qeyd olunur. Daşkənddə də, həmçinin, Heydər Əliyev adına küçə və səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yerləşdiyi qeyd olunur.