• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələri müzakirə edildi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşdü.

Tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərindən  və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətindən söhbət açdılar. Müvafiq Hökumətlərarası komissiyanın fəaliyyəti də yüksək səviyyədə dəyərləndirildi və Qırğızıstanın dəmir yolları layihələri inkişaf etdirməklə, regional nəqliyyat dəhlizlərində daha fəal şəkildə iştirak etməsi məsələləri müzakirə olundu.

Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd etdilər.

Söhbət zamanı, həmçinin, regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlar üzrə fikir mübadiləsi aparıldı.