• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Berlindən Bakıya çarter reysi yerinə yetirildi

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 19-da Berlindən Bakıya çarter reysi yerinə yetirildi.

Həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılmışdır.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilmişdir.

Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.