• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

H.Elver: Azərbaycan özünü təmin etmək üçün kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirməlidir.

Son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilmişdir. Lakin, ölkə iqtisadiyyatını daha da genişləndirmək üçün səylər göstərilməli və kiçik fermerlərə dəstək verilməlidir.

H.Elver oktyabrın 1-dən 11-dək Bakı, Quba və Gəncəyə səfər etdiyini, fermerlər, xalça toxucuları, qadın sahibkarlar, beynəlxalq inkişaf agentliklərinin nümayəndələri, dövlət internat məktəbində əlilliyi olan uşaqlar, eləcə də yerli və mərkəzi hökumət rəsmiləri ilə görüşlər keçirdiyini diqqətə çatdırdı.

On bir günlük səfərinin ilkin bəyanatını təqdim edən mütəxəssis bildirdi ki, "Hökumət iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin aqrar potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün səylər göstərir. Son iki il ərzində Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində Azərbaycan təqdirəlayiq addımlar atmış, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul etmişdir. Hazırda əsas məsələ müvafiq vəsaitin ayrılmasını təmin edərək həmin məqsədləri həyata keçirmək, iqtisadi artıma nail olmaqdır. Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan öz-özünü təmin edə bilmək üçün səylər göstərməli və kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirmlidir".

H.Elver gələn il martda Cenevrədə ətraflı hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.