• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nazirlər məsələnin həlli üçün atılmalı olan addımları müzakirə etdilər

Mayın 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov ilə telefon söhbəti baş tutdu.

Nazirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı olan addımları müzakirə etdilər.

Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında da fikir mübadiləsi apardılar.