• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda koronavirusdan ölənlərin sayı 7 mini ötdü

Son sutka ərzində İranda koronavirusa 2294 yoluxma halı aşkar edilmiş, 69 nəfər isə bu virusdan vəfat etmişdir.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verdi. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 122 min 492 nəfərə, ölənlərin sayı isə 7 min 57-yə çatmış, xüsusi rejimli xəstəxanalarda müalicə alan 95 min 661 nəfər sağalaraq evə buraxılmışdır.