• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Giorgi Qaxariya: Azərbaycan ilə Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır.

Gürcüstanın Baş Naziri kimi Azərbaycana ilk səfərim heç də təsadüfi deyildi. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər ikitərəfli və regional əməkdaşlıq çərçivəsindən çıxaraq çox vacib əhəmiyyətli beynəlxalq əməkdaşlıq statusu almışdır.

Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin bugünkü iclasında Azərbaycana səfərini şərh edərkən söylədi..

Hökumət başçısı dedi ki, bu əməkdaşlıq məhsuldardır və ölkələrimizin maraqlarına xidmət edir. Bu gün regionda baş verən hadisələr ölkələrimizin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün bizi daha səmərəli əməkdaşlığa sövq edir.

Giorgi Qaxariya vurğuladı ki, Azərbaycan ilə Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq beynəlxalq əhəmiyyətə malikdir.