• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mesut İlter: “Star” neft emalı zavodu (NEZ) Türkiyənin neft məhsulları tələbatının 25 faizini təkbaşına təmin edir

SOCAR-ın İzmirdəki “Star” neft emalı zavodu (NEZ) Türkiyənin neft məhsulları tələbatının 25 faizini təkbaşına təmin edir.

Bu barədə zavodun baş direktoru Mesut İlter oktyabrın 10-da keçirdiyi mətbuat konfransında məlumat vermişdir..

“İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel yanacağı və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən çox neft çeşidini emal etməyə qadir olan “Star” zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir”, - deyə M.İlter bildirmişdir.

O qeyd etdi ki, ilk satışını bu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən “Star” NEZ sentyabrdan tam gücü ilə işləməyə başlamışdır: “Bu ilin əvvəlindən ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən “Star” zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən “Star” məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 milyon ton dizel yanacağı istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur”.