• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qırğızıstan dövlətinin başçısı Sooronbay Jeenbekovun Türk Akademiyasının prezidenti Darxan Kadıralı ilə görüşü baş tutmuşdur.

Qırğızıstan dövlətinin başçısı Sooronbay Jeenbekovun Türk Akademiyasının prezidenti Darxan Kadırali ilə görüşü baş tutmuşdur.

Görüşdə Qırğızıstanla Türk Akademiyası arasında təhsil, elmi tədqiqatlar sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Sooronbay Jeenbekov Türk Akademiyasının xətti ilə ötən il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi və “Manas” eposunun populyarlaşması istiqamətindəki fəaliyyətinə görə Türk Akademiyasının prezidentinə minnətdarlıq ifadəsini bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, akademiya türk dünyasının böyük şəxsiyyətləri, həmçinin türk dünyasının tarixi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans, forum və seminarların keçirilməsi istiqamətində də fəal iş aparır. Sooronbay Jeenbekov eyni zamanda vurğulamışdır ki, türkdilli dövlətlər arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır.

Dövlət başçısı ümid edir ki, bu ilin noyabrında Qırğızıstanda Yusif Balasaqunlunun 950 illiyi ilə bağlı konfrans yüksək səviyyədə keçiriləcək.

Darxan Kadırali Türk Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat vermiş, yaxın perspektivdə qurumun xətti ilə həyata keçiriləcək layihələrdən də söhbət açmışdır. Türk Akademiyasının prezidenti türk tarixi və mədəniyyətinin daha dərindən öyrədilməsi və populyarlaşdırılması istiqamətində Qırğızıstanın təhsil və elm təşkilatları ilə daha geniş əlaqələr qurmağa hazır olduğunu bildirmişdir.