• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Petr Vavjik: Xarici Missiyalar Təlim Mərkəzində Azərbaycan, Belarus və Ukrayna kimi ölkələrin hərbi qulluqçularının təlim keçməsi də arzuolunandır.

Polşanın Kielse şəhərindəki Xarici Missiyalar Təlim Mərkəzi Şərqi və Mərkəzi Avropadakı əsgərlər üçün məşq poliqonu ola bilər.

 Polşanın Xarici İşlər nazirinin müavini Petr Vavjik mərkəzə baxış zamanı jurnalistlərə müsahibəsində bildirib ki, sözügedən yer mühüm beynəlxalq təlim mərkəzinin şərtlərinə cavab verir. Birləşmiş Millətlər Təşkilatının Tədris Mərkəzindən sertifikat almaq üçün müraciət edildiyini də bildirən nazir müavini bunun üçün əlverişli şərait olduğunu da diqqətə çatdırıb.

Petr Vavjik həmçinin qeyd edib ki, mərkəzdə Azərbaycan, Belarus və Ukrayna kimi ölkələrin hərbi qulluqçularının təlim keçməsi də arzuolunandır.