• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə: sənəd qəbulu başlanıb

Dövlət peşə təhsili müəssisələrinə ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sentyabrın 13-də sənəd qəbulu başlanıb.

Ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər sənədlərini (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabrın 20-dək office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.