• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İçərişəhərdə isveçli rəssamın əsərləri sərgilənəcək

Sentyabrın 25-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq.

Sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq.

Bu barədə  “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil ediləcək.

Sərgi iki gün ziyarətçilər üçün açıq qalacaq.