• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qətər mətbuatı Azərbaycanın 10 milyonuncu vətəndaşından yazır

Qətərin ingilisdilli “Peninsula” qəzetində “Azərbaycanın 10 milyonuncu vətəndaşı doğuldu” sərlövhəli yazı nəşr edilib.

Yazıda 2019-cu il aprelin 6-da ölkənin 10 milyonuncu vətəndaşının anadan olduğu bildirilib və onun Ağdam rayonunun Baş Güneypəyə kəndindən olan məcburi köçkün ailəsində doğulduğu qeyd edilib.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqını və yeni doğulmuş körpənin valideynlərini təbrik etdiyi diqqətə çatdırılıb.