• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qazaxıstanın paytaxtı Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görülmüşdür

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı şəhərini “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb.

Ekologiya Nazirlərinin 8-ci İslam Konfransında İslam dünyasında ekoloji problemlər və qlobal istiləşmə məsələləri müzakirə olunmuşdur.

Təbiətin qorunmasına töhfə verən ölkələrə mükafatların verildiyi iclasda, Qazaxıstanın paytaxtı Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı”na layiq görülmüşdür.

İSESKO 2017-ci ildə “Gələcəyin enerjisi” mövzusunda beynəlxalq sərginin reallaşdığı, ətraf mühitin qorunması və “təmiz” enerjinin inkişafı sahəsində uğurlu layihələrin həyata keçirildiyi Nur-Sultanın bu mükafata layiq görüldüyünü qeyd etmişdir.