• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Çapar” jurnalının bu dəfəki buraxılışı Əhməd bəy Ağaoğluna həsr olunub

“Çapar” tarix jurnalının “Əhməd bəy Ağaoğlu – 150” adlı xüsusi buraxılışı dərc olunub.

Jurnalın yeni nömrəsində Ağaoğlu ailəsinin üzvlərinin (Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Sürəyya Ağaoğlu, Əbdürrəhman Ağaoğlu, Tezər Ağaoğlu) həyatları haqqında geniş material təqdim olunmuşdur, ölkəmizin tanınan alimlərinin – Vilayət Quliyev, Mehman Dəmirli, Aydın Balayev, Abid Tahirli, Mehdi Gəncəli, Mübariz Süleymanlı və Fərhad Cabbarovun məqalələri yer almışdır.

Jurnalda ilk dəfə olaraq Leyla Cavadovanın təqdimatında Əhməd bəyin 1919-1921-ci illərdə sürgün həyatı yaşadığı Malta adasındakı Polverista qalasının müasir görüntüləri verilmiş, Malta qaynaqları əsasında material da hazırlanmışdır.

Qeyd edək ki, dövlət başçısının 10 aprel 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizdə görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.