• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın səfiri Gürcüstanın müdafiə naziri ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili ilə görüşündə iki qardaş ölkə arasında müxtəlif sahələrdə, eləcə də, hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər də müzakirə olunubdur.

Tərəflər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələləri barədə danışıqlar aparıblar. 

Dursun Həsənov İrakli Qaribaşvilini Müdafiə naziri təyin olunması münasibətilə ilə də təbrik edib. Diplomat Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirərək,bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıbdır. O, iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini və möhkəmlənəcəyinə əmin olduğunu bildiribdir.

Nazir hərbi təhsil sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsi barədə də söhbət açıbdır. İrakli Qaribaşvili Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqla yanaşı, Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq formatına da toxunubdur.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edibdir.