• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranın neft naziri Bijən Namidar: Hazırda neft bazarı normal istiqamətdə irəliləyir.

Hazırda neft bazarı normal istiqamətdə irəliləyir.

Bu fikirləri İranın Neft naziri Bijən Namidar Zəncənə Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) yığıncağı çərçivəsində səsləndirib.

“Hazırda neft bazarı normal istiqamətdə irəliləyir. Səudiyyə Ərəbistanının neft hasilatının əvvəlcədən də qeyd etdiyim kimi, yarıya enəcəyini heç vaxt düşünmürdüm. Belə hesab edirəm ki, Səudiyyə Ərəbistanı siyasi məqsədlərlə qlobal enerji təhlükəsizliyinin risk altında olduğunu iddia edərək məsələni qloballaşdırır”, - deyə nazir bildirib.

O, Səudiyyəli həmkarı ilə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib: “İkitərəfli görüşlərdə problem biz tərəfdən deyil, həmişə Səudiyyə Ərəbistanı tərəfindən yaradılır”.