• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə poçt markaları buraxılıb

Dünən Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış mərasimi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markaları nümayiş ettdirilib.

“Azərmarka”nın direktoru Leyla Güləliyeva  qeyd edib ki, buraxılış dahi şairin 650 illik yubileyi münasibətilə 2 poçt markasından ibarət blok şəklində hazırlanıb. Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı  yazmaq üçün lələk təsvir olunub. Blokun ölçüsü 72x92, markaların ölçüsü 51x36 millimetrdir.Markaların dizaynı "Azərmarka" nın baş rəssamı Vüqar Əyyubova məxsusdur.  Markalar 10 min ədəd tirajla çap edilibdir.