• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılır

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

 Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.