• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistan nümayəndəsi BMT Baş Məclisi sədrinin müavini kimi fəaliyətə başlayıb

Özbəkistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəxtiyar İbrahimov BMT Baş Məclisi sədrinin müavini kimi fəaliyyətə başlayıb.  Bəxtiyar İbrahimov bu ilin iyununda həmin vəzifəyə seçilib.

Bəxtiyar İbrahimov ilk dəfə BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 74-cü sessiyasının plenar iclasında ümumi müzakirələrə sədrlik edib. O, 2020-ci ilin sentyabrına qədər bu vəzifəni yerinə yetirəcək.