• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə, Pakistan və Malayziya islamofobiya əleyhinə birgə mübarizə aparacaqlar

Türkiyə, Pakistan və Malayziya islamofobiya əleyhinə birgə mübarizə aparacaqlar.  Bu barədə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüşlərdə bu ölkələrin liderləri Rəcəb Tayyib Ərdoğan, İmran Xan və Mahathir Məhəmməd arasında razılıq əldə olunub.

Pakistan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, Nyu-Yorkda keçirilən üçtərəfli görüşdə üç dost müsəlman ölkəsi arasında ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə yanaşı, son zamanlar Qərbdə daha geniş vüsət almış islamofobiya meyillərinə qarşı səylərin gücləndirilməsi də müzakirə olunub. Qərara alınıb ki, bu məqsədlə Türkiyə, Pakistan və Malayziyanın birgə televiziya kanalı yaradılsın. İmran Xan görüşlə bağlı özünün Twitter səhifəsində yazıb: “Bu gün Prezident Ərdoğan, Baş Nazir Mahathir və mənim iştirakımla keçirilən görüşdə ingilis dilində ortaq televiziya kanalının yaradılması barədə razılıq əldə olunub. Bu telekanal islamofobiya meyillərinin qarşısını almağa və bizim böyük dinimiz – İslamın təbliğinə xidmət edəcək”