• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nyu-Yorkda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.

Görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.

Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar.

Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.

Tərəflər, həmçinin “Azərbaycan-Gürcüstan-Türkiyə” üçtərəfli platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar. GUAM çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirən nazirlər BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində keçiriləcək GUAM Xarici İşlər nazirlərinin görüşünə dair məsələləri müzakirə ediblər.

Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb