• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilir

Sentyabrın 25-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilir. Görüşdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Siyavuş Novruzov, İmamverdi İsmayılov, Mirzəcan Xəlilov, Tahir Mirkişili, Sumqayıt şəhər və Qubadlı rayon icra hakimiyyəti başçıları Zakir Fərəcov və Malik İsaqov iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərin özündə əks etdirən eksponat, fotoşəkillər və kitablarla tanışlıq olub.

Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini bildirib. Qeyd olunub ki, sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkəmizin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bəhrələridir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.

Tədbir çıxışlarla davam edir.