• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda mikromaliyyə konfransı keçiriləcək

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə oktyabrın 4-də Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans və VI İnvestorlar Yarmarkası keçiriləcək.

 İnvestorlar Yarmarkası iki plenar sessiyadan və B2B görüşlərdən ibarət olacaq. Tədbirdə dövlət qurumlarının, xarici və yerli investorların, bank olmayan kredit təşkilatlarının, bankların, lizinq şirkətlərinin, mikromaliyyə təşkilatlarına xidmət göstərən şirkətlərin nümayəndələri bir araya gələcək.