• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binası istifadəyə verilib

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və “Neftçilər günü” ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

 R.Abdullayev görülmüş işlərdən razılığını bildirib, ulu öndər Heydər Əliyevə həsr olunan guşəyə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməkxanaya baxış keçirib.

Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürlərinin, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğv edilməsi, quyularda xüsusi geyim və avadanlıq tətbiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.