• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təlimlərin gedişi barədə qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən məruzələr edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlənildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.