• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nəsiminin 650 illiyi münasibətilə kitab sərgisi təşkil edilib

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş, dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə “Nəsimi poeziyası” adlı kitab sərgisi təşkil edib.

Sərgidə şairin əsərləri ilə yanaşı, onun ədəbi irsinə həsr olunmuş tədqiqatlar da öz əksini tapıb.

İlin sonunadək davam edəcək sərgidə “Nəsimi ili” çərçivəsində nəşr olunan yeni kitablar da oxuculara təqdim edilir, onları dahi şair-filosofun həyat və yaradıcılığı ilə tanış edir.