• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək

Bakıda oktyabrın 2-dən 6-dək III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.

Festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır.

Festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar.