• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rusiya Prezidenti Vladimir Putin Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Mehriban Əliyevanın yüksək dövlət vəzifələrində çoxillik fəaliyyəti ilə həmvətənləri arasında böyük hörmət və beynəlxalq nüfuz qazandığı vurğulanır.

Məktubda deyilir: “Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək”.

Qeyd edək ki, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.