• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan “vikipediyaçı”ları Macarıstan haqqında məqalələr yaradıblar

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) və Macarıstanın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Macarıstanla bağlı 201 məqalə yaradılıb.

Azərbaycandilli “Vikipediya”da yaradılmış məqalələr Macarıstanın tarixinə, incəsənətinə, müxtəlif şəhərlərinə, idmançılarına, elm, siyasi və mədəniyyət xadimlərinə həsr olunub.