• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tacikistan-Qırğızıstan sərhədindəki qarşıdurmada üç tacik hərbçi həlak olub

Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən yeni qarşıdurmada 3 tacik hərbçi ölüb, yaralanananlar var.

 Qırğız tərəfdən isə bir hərbçi ölüb, 13 nəfər yaralanıb.

Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziev Batken vilayətindədir və gərginliyin azaldılması istiqamətində qırğız və tacik tərəfi ilə görüşlər keçirib.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.