• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Güləşçimiz Mariya Stadnik dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sentyabrın 17-də dünya çempionatında qadın güləşi yarışlarına start verilib. Çempionatın dördüncü günündə 50, 53, 55 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.

Güləşçimiz Mariya Stadnik (50 kq) çempionata qələbə ilə başlayıb.Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi məğlub edən M.Stadnik səkkizdəbir final mərhələsində hindistanlı Seemu Seemudan üstün olub. Dörddəbir final mərhələsində güləşçimizin rəqibi Rusiya idmançısı Yekaterina Poleşuk olacaq.

Digər güləşçimiz Türkan Nəsirovan (53 kq) ilk görüşündə almaniyalı Nina Hemmerə məğlub olub.

Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.