• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Arşın mal alan” musiqili komediyası bu dəfə “YARAT”da göstəriləcək

Sentyabrın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının “Günay” studiyası tərəfindən hazırlanan “Arşın mal alan” musiqili komediyası nümayiş ediləcək.

, “Günay” studiyası artıq üç ildir dahi bəstəkarın bu əsərini yeni quruluşda tamaşaçılara təqdim edir.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq səhnə əsərinin təqdimat mərasimində hər kəs iştirak edə bilər.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə studiya tərəfindən nümayiş olunan bu quruluş, Azərbaycan Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.