• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-24-də "Türk Dünyası Muzeylər Həftəsi" təşkil edildi. Bu proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar ölkələrdə yaradılan karantin rejimində məktəbliləri türk dünyası ilə tanış etmək, gəncləri türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etmək idi.