• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn “B2B Forum”u keçirildi

Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) və “Caspian European Club”un dəstəyi ilə təşkil olunmuş “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn “B2B Forum”u çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVID-19 pandemiyası dövründə üzləşdikləri məsələlər və təkliflər, həmçinin postpandemiya mərhələsində iki ölkə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənildi.

Forumun moderatoru “Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, klubun idarə heyətinin üzvü Avni Dəmirçi oldu. Üç saat davam edən forum çərçivəsində müzakirələrə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurası təşkilatının sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşuldular. “Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirdi.