• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

MALA-nın təşkil etdiyi brifinqdə COVİD-19 pandemiyası ilə bağlı mövzu ətrafında müzakirələr aparıldı

Müsəlman Amerika Liderlik Alyansının (MALA) təşkil etdiyi və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə keçirilən brifinqdə COVID-19 pandemiyası dövründə resursların bölüşdürülməsi, icmaların müdafiəsi və bu istiqamətdə səyləri birləşdirmək üçün strateji reaksiya koalisiyalarının qurulmasına dair müzakirələr aparıldı.

Brifinqdə səfirliyin müşaviri Vüqar Qurbanov, siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva, MALA təşkilatının icraçı direktoru və həmtəsisçisi Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Fleks Ömər iştirak etdilər.