• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İsrail parlamenti yeni hökuməti təsdiqlədi

Knesset (təkpalatalı parlament) martın 2-si keçirilən seçkilərin yekunları üzrə baş nazir Binyamin Netanyahu tərəfindən formalaşdırılan İsrailin 35-ci koalisiya hökumətini təsdiqlədi.

Yeni hökumətə 120 deputatdan 73-ü dəstəyini ifadə etdi.

"Likud" və "Kahol-Lavan" partiyalarının koalisiya razılaşmasına uyğun olaraq B.Netanyahu 2021-ci ilin noyabr ayının ortalarına qədər baş nazir vəzifəsini tutacaq. Bundan sonra baş nazir vəzifəsi Beni Qansa keçəcək.