• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanda koronavirusa daha 136 yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 136 yoluxma faktı qeydə alınmış, 71 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 3 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmişdir. Onlardan 2015 nəfər müalicə olunaraq sağalmış, 39 nəfər vəfat etmişdir, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232 min 77 test aparılmışdır.