• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünyada koronavirusdan ölənlərin sayı 311 mini ötdü

Bakı vaxtı ilə saat 01:30-a olan məlumata görə, dünyada yeni növ koronavirusla (COVID-19) bağlı xəstəlik səbəbindən ölənlərin sayı 311 min 902 nəfərə çatmışdır.

Bu günədək xəstəliyə 4 milyon 706 min 649 nəfər tutulmuş, 1 milyon 802 min 885 nəfər sağalmışdır.

Daha çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınmışdır. ABŞ-dan sonra Böyük Britaniya (34 min 466), Fransa (27 min 625), İspaniya (27 min 563) və Braziliyada (15 min 368) çox sayda ölüm halları qeydə alınmışdır.

Yoluxma faktına görə sonrakı yerlərdə İspaniya (276 min 505), Rusiya (272 min 43), Böyük Britaniya (240 min 161), Braziliya (229 min 204), İtaliya (224 min 760), Fransa (179 min 506), Almaniya (175 min 962), Türkiyə (148 min 67) və İran (118 min 392) gəlir.