• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Transformasiya 2030: Davamlı İnkişaf Məqsədləri üçün İKT” təşkil edir. Mövzu iqtisadi, ekoloji və sosial dayanıqlığı inkişaf etdirmək üçün İKT ilə əlaqəli həll yollarına və yaranan meyillərə diqqət yönəltməyə hədəflənir.