• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Avropada koronavirusun yeni dalğası proqnozlaşdırılır

Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir.

Bu proqnozla “Daily Telegraph” nəşrinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış etdi.

ÜST-ün nümayəndəsi qeyd etdi ki, hazırda bayram etmək deyil, hazırlıq görmək zamanıdır. O, həmçinin diqqətə çatdırdı ki, COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlamışlar. Hans Klyuqenin fikrincə, məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər. Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.