• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yeni qaydalar əlavə xərclərə səbəb olacaq

Yaxın Şərq ölkələrinin aviaşirkətləri tərəfindən koronavirus pandemiyası şəraitində təyyarə bələdçilərinin yeni geyim forması təqdim olundu.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbinə əsasən, mayın sonundan uçuşları tədricən bərpa edəcək aviaşirkətlər sərnişinlərlə birbaşa təmasda olacaq təyyarə bələdçilərinin tibbi maska və xüsusi qoruyucu geyimdə olmasını təmin edəcək. Yeni geyim formasını ilk olaraq dünyanın 8 ölkəsinə aviareysləri yenidən həyata keçirəcək Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” şirkəti nümayiş etdirir. Bundan başqa daxili aviareysləri bərpa edən Səudiyyə Ərəbistanı və Misirin aviaşirkətləri də bu tələblərə əməl edəcəklərini açıqladılar.

Təyyarə bələdçilərinin yeni geyim forması ilə yanaşı, aviaşirkətlər hər bir sərnişin üçün oturacağın üzərində tibbi maska və dezinfeksiya vasitəsi qoyacaq. Bundan başqa uçuşdan əvvəl qeydiyyat zamanı sərnişinlər koronavirus testindən keçiriləcək, onların arasında sosial məsafənin qorunmasına xüsusi diqqət yetiriləcək.

Dubay Beynəlxalq Aeroportunun rəhbərliyi bəyan etdi ki, yeni qaydalar əlavə xərclərə səbəb olacaq və onların biletlərin qiymətinə də təsiri istisna edilmir.