• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə koronavirusdan bir gündə 48 nəfər vəfat etdi

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.

Mayın 15-də ölkə üzrə 38 min 565 nəfər testdən keçirilmiş, onlardan 1708 nəfər xəstə kimi qeydə alınmışdır. Bildirilir ki, gün ərzində 2 min 103 nəfər sağalmış, 48 nəfər dünyasını dəyişmişdir. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 106 min 133, ölənlərin sayı isə 4 min 55 nəfərə çatır.

Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə mayın 16-dan başlayaraq növbəti dəfə dörd günlük evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.