• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Ziya Bünyadov prospektinə “20 Yanvar dairəsi” istiqamətindən girişin məhdudlaşdırılması ilə əlaqədar 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Mayın 16-17-də aparılacaq təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektinə “20 Yanvar dairəsi” istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 7A, 7B, 67, 83, 92, 119, 165, 199 və 211 nömrəli müntəzəm, o cümlədən M1 və M5 nömrəli ekspress marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

7 A və 7B nömrəli marşrutlar

İstiqamət- Z.Bünyadov pr.: Moskva pr. – “20 Yanvar dairəsi” – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küçəsi daha sonra öz xətti üzrə.

67, 83, 92, 119 və 199 nömrəli marşrutlar

İstiqamət – “3-cü mikrorayon dairəsi”: Moskva pr. (geriyə dönmə manevri) – “20 Yanvar” küç. – A.Məhərrəmov küç. – “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

79 nömrəli marşrut

İstiqamət - M.Əcəmi m.st: Tbilisi pr. – S.C.Pişəvəri küç. – “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

165 və 211 nömrəli marşrutlar

İstiqamət - Z.Bünyadov pr.: H.Zərdabi küç. – “Qələbə dairəsi” - Ə.Salamzadə küçəsi dairəsi daha sonra öz xətti üzrə.

M1 və M2 nömrəli ekspress marşrutlar

Müvəqqəti olaraq “3-cü mikrorayon dairəsi”nə qədər fəaliyyət göstərəcək.

92 nömrəli marşrut

İstiqamət - M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) – “20 Yanvar” küç. – A.Məhərrəmov küç. – “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

193 nömrəli marşrut

İstiqamət - Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küçəsi daha sonra öz xətti üzrə.

165 nömrəli marşrut

İstiqamət - A.M.Şərifzadə küç.: “3-cü mikrorayon dairəsi” - Ə.Salamzadə küç. – “Qələbə dairəsi” – İ.Talıblı küç. – A.M.Şərifzadə küçəsi daha sonra öz xətti üzrə.

211 nömrəli marşrut

İstiqamət - Yasamal yaş.mas.: “3-cü mikrorayon dairəsi” - C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küçəsi daha sonra öz xətti üzrə.

M4 nömrəli ekspress marşrut

İstiqamət – “20 Yanvar” m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küçəsi.

M7 nömrəli ekspress marşrut

İstiqamət - İnşaatçılar m/st: Ə.Salamzadə küç. – “Qələbə dairəsi” daha sonra öz xətti üzrə.