• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Beyləqanda çiyid səpini yekunlaşmaq üzrədir

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini başa çatmaq üzrədir. Beyləqanlı pambıqçılar bu günədək 8678,7 hektarda səpin həyata keçirmişlər.

Bu il rayonda 4713,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 820 hektarı “P-Aqro” MMC ilə olmaqla, 8733,7 hektarda pambıq əkini nəzərdə tutulmuşdur. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 6377 hektarında bitiş alınmış və becərmə işlərinə başlanmışdır.

Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilmiş, 29,4 min ton məhsul istehsal edilmiş, orta məhsuldarlıq 30,3 sentner olmuşdur. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton təşkil etmişdir.