• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Saudi Aramco" neft istehsalını azaldır

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalını sutkada daha 1 milyon barrel azaltmağı nəzərdə tutur.

“Saudi Aramco” mayın 1-dən gündəlik hasilatını 12 milyon bareldən 8,5 milyon barrelə endirməyi planlaşdırırdı. Beləliklə şirkət neft istehsalını sutkada 7,5 milyon barrelə salacaq.

Şirkət bu addımı OPEC üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Küveytin daha kiçik həcmdə istehsal məhdudiyyətləri tətbiq etməsindən sonra atmışdı.

“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi planlaşdırılır.