• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi

Mayın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyinə parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsi daxildir.

Həmin qanun layihələrindəki “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” və “Atçılıq haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində dəyişiklik edilməsinə dair məsələlər Aqrar siyasət komitəsinə aiddir. Təqdim edilmiş qanun layihələrinin hamısı uyğunlaşdırma xarakteri daşıyır və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli Qanunun tətbiqi məqsədilə hazırlanmışdır. Adı çəkilən qanunlarda bir sıra terminlər dünya təcrübəsinə uyğun olaraq dəqiqləşdirilmiş, “əlil” ifadəsi “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi isə “əlillik dərəcəsi” ifadəsi ilə əvəzlənmişdir. “Qüsur” sözü əvəzinə “pozuntu” sözündən, “lal, kar, kor” sözləri əvəzinə “görmə, eşitmə və nitq qabiliyyəti məhdud” ifadələrindən istifadə edilmişdir.