• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Riqadan çarter reysi ilə 52 vətəndaşımız Azərbaycana yola salındı

Latviyanın "AirBaltic" aviaşirkətinin çarter reysi ilə 52 nəfər soydaşımız Riqadan Bakıya yola salındı.

Pandemiya səbəbindən Azərbaycana qayıda bilməyən 43 nəfər Litvanın Klaypeda, Kaunas, Akmene, Utyana və Vilnüs şəhərlərindən, digər 9 nəfər isə Latviyanın müxtəlif şəhərlərindən Riqa Beynəlxalq Hava Limanına gəlmiş, çarter reysi ilə biri azyaşlı olmaqla, 52 vətəndaşımız ölkəmizə yola salınmışdır.

Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.