• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pandemiyanın ən çox yayıldığı Körfəz ölkəsi Səudiyyə Ərəbistanıdır

Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkədə COVID-19 virusuna yoluxanların sayı 100 mini keçmiş, 557 nəfər isə həyatını itirmişdir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatında bildirilir.

Qeyd olunur ki, aprelin 14-nə olan məlumatda Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 15 min nəfər olmuşdur.

Pandemiyanın ən çox yayıldığı Körfəz ölkəsi 30 milyondan çox əhalisi olan Səudiyyə Ərəbistanıdır. Krallıqda COVID-19 virusuna 41 mindən çox insan yoluxmuşdur. Cəmi 4,8 milyon əhalisi olan Omanda isə 3 min 573 yoluxma halı qeydə alınmışdır. Bu ölkədə pandemiya ilə əlaqədar vəziyyət daha pisdir.